“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

Nəsimi Rayon Komitəsində Layiqli Əmək Gününə həsr olunmuş tədbir keçirilib

News Image

Nəsimi Rayon Komitəsində Layiqli Əmək Gününə həsr olunmuş tədbir keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Nəsimi Rayon Komitəsi tərəfindən Layiqli Əmək Günü münasibətilə ilk təşkilat sədrlərinin iştirakı ilə tədbir keçirilib.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.


Tədbiri giriş sözü ilə açan ETİHİ Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova Layiqli Əməyin mahiyyəti, əmək hüquqlarının qorunması, layiqli əmək şəraitinin təmin edilməsi, eləcə də bu sahədə həmkarlar ittifaqlarının rolu barədə fikirlərini bölüşüb.Daha sonra Rayon Komitəsinin mütəxəssisi Firuzə Cəfərova Layiqli Əmək Gününə həsr olunmuş təqdimatla çıxış edib. Təqdimatda layiqli əməyin əsas prinsipləri, işçilərin əmək hüquqları, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, sosial təminat və əmək münasibətlərinin tənzimlənməsi məsələlərinə diqqət yetirilib.Tədbir çərçivəsində mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və layiqli əmək prinsiplərinin iş yerlərində tətbiqi ilə bağlı müzakirələr keçirilib.

5 Oktyabr – Müəllimlər Günü münasibətilə tədbir keçirilib

News Image

5 Oktyabr – Müəllimlər Günü münasibətilə tədbir keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Nəsimi Rayon Komitəsi və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 5 Oktyabr – Müəllimlər Günü münasibətilə tədbir keçirilib.


Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Ardınca müəllimlik peşəsinə həsr olunmuş videorolik nümayiş etdirilib. Tədbirin davamında iştirak edən qonaqlar çıxış edərək müəllimlik peşəsinin cəmiyyətdəki əhəmiyyətindən, müəllim əməyinin əvəzsizliyindən və gənc nəslin formalaşmasında müəllimlərin mühüm rolundan bəhs ediblər.


Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva çıxışında müəllimlik peşəsinin cəmiyyətin inkişafındakı mühüm rolunu vurğulayıb. O, müəllim əməyinin əvəzsiz olduğunu qeyd edərək, yetişən nəslin formalaşmasında, onların bilik və dünyagörüşünün inkişafında, eləcə də cəmiyyətin müxtəlif sahələrində müəllimlərin mühüm xidmətlər göstərdiyini bildirib.


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsinin rəisi Ceyhun Əliyev müəllimləri peşə bayramı münasibətilə təbrik edib. Çıxışında gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında müəllimlərin xüsusi rolunu vurğulayan Ceyhun Əliyev təhsil və hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində həyata keçirilən fəaliyyətin əhəmiyyətindən danışıb və müəllimlərə uğurlar arzulayıb.


ETİHİ Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova çıxış edərək rayonun üzv təşkilatlarında fəaliyyət göstərən bütün müəllimləri 5 Oktyabr – Müəllimlər Günü münasibətilə təbrik edib. Müəllim əməyinin yüksək dəyərindən söz açan Reyhan Ocaqova müəllimlərə həsr etdiyi şeiri səsləndirib. O, müəllimlərə bu şərəfli və məsuliyyətli fəaliyyət yolunda möhkəm cansağlığı, uğurlar və yeni nailiyyətlər arzulayıb.


Bakı şəhəri Nəsimi rayonu 46 nömrəli tam orta məktəbin direktoru Sevinc Budaqova çıxışında müəllim əməyinin gələcək nəsillərin formalaşmasındakı mühüm rolundan bəhs edib. O, müəllimlik peşəsinin yüksək məsuliyyət, fədakarlıq və böyük mənəvi dəyərlər tələb edən şərəfli fəaliyyət sahəsi olduğunu diqqətə çatdırıb.


Tədbir 5 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi şagirdlərinin ifasında təqdim olunan musiqi və rəqs nömrələri ilə davam edib.Şagirdlərin hazırladıqları bədii kompozisiyalar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.


Tədbirin sonunda ETİHİ Nəsimi Rayon Komitəsinin üzv təşkilatlarında sertifikasiya imtahanlarında yüksək nəticələr göstərən müəllimlər, həmçinin 60 və 65 illik yubileylərini qeyd edən təhsil işçiləri təltif olunublar. Təltif olunanlara Rayon Komitəsi tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələr təqdim edilib.


Bununla yanaşı, Vətən müharibəsində iştirak etmiş təhsil işçiləri də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsi tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olunublar. Təltiflər Ceyhun Əliyev tərəfindən təqdim edilib.


Tədbir müəllim əməyinə göstərilən yüksək ehtiramın, təhsil işçilərinə verilən dəyərin, eləcə də gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində həyata keçirilən birgə fəaliyyətin növbəti nümunəsi kimi yadda qalıb.

5 Oktyabr – Müəllimlər Günü münasibətilə təbrik

News Image

5 Oktyabr – Müəllimlər Günü münasibətilə təbrik

5 Oktyabr – Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsi adından təhsil sahəsində səmərəli fəaliyyəti və peşəkar xidmətləri ilə seçilən, dövlət səviyyəsində təltif olunan dəyərli həmkarlarımızı səmimi-qəlbdən təbrik edirik.


Elm və Təhsil naziri Emin Əmrullayev tərəfindən təqdim olunan təltiflər sırasında “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilən:


- Qənbərova Ülviyyə Əli qızı – Bakı şəhəri 16 nömrəli texniki və humanitar fənlər liseyinin fizika müəllimi;

- Mədətov Əmrah Muxtar oğlu – Bakı şəhəri Abdulla Şaiq adına 54 nömrəli tam orta ümumtəhsil məktəbinin təsviri incəsənət müəllimi;

- İsmayılova Kamilə Lazım qızı – Bakı şəhəri Abdulla Şaiq adına 54 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi;

- Əzizova Turə Tacı qızı – Bakı şəhəri texniki-humanitar liseyinin coğrafiya müəllimi;


eləcə də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunan:


- Hacıyeva Afaq Tofiq qızı – Bakı şəhəri Akif Abdullayev adına 211 nömrəli tam orta ümumtəhsil məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini;

- Abbasova Sitarə Uğurlu qızı – Bakı şəhəri Nəsimi rayonu Abdulla Rəhimov adına 247 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru;

- Abbasova Adilə Allahyar qızı – Bakı şəhəri İlyas Əfəndiyev adına Elitar gimnaziyanın coğrafiya müəllimi;

- Salehova Təranə Cümşüd qızı – Bakı şəhəri İlyas Əfəndiyev adına Elitar gimnaziyanın ibtidai sinif müəllimi;

- Osmanova Nəzakət Fazil qızı – Bakı şəhəri Mehdi Hüseynzadə adına 19 nömrəli tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi;

- Seyidəliyev Yaşar Nəcməddin oğlu – Bakı şəhəri Kərim Kərimov adına 8 nömrəli tam orta ümumtəhsil məktəbinin coğrafiya müəllimi


olmalarını yüksək qiymətləndirir və hər birinizi bu əlamətdar uğur münasibətilə ürəkdən təbrik edirik.


Bu təltiflər uzun illər ərzində göstərilən məsuliyyətli fəaliyyətin, peşəyə sədaqətin, təhsilin inkişafına verilən töhfənin və müəllim əməyinin dövlət səviyyəsində qiymətləndirilməsinin əyani göstəricisidir.

Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksində müəllimlərlə görüş keçirilib

News Image

Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksində müəllimlərlə görüş keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksində olub.

Görüşün əsas məqsədi kollektiv arasında yubiley yaşlarını qeyd edən müəllimləri təbrik etmək, eləcə də 5 Oktyabr – Müəllimlər Günü ərəfəsində sertifikasiya imtahanlarında yüksək nəticə göstərən müəllimlərin əməyini qiymətləndirmək olub.Görüş zamanı müəllimlərin təhsil sahəsində uzunmüddətli və səmərəli fəaliyyəti, gənc nəslin təlim-tərbiyəsində göstərdikləri fədakarlıq və peşəyə sədaqətləri xüsusi vurğulanıb. Qeyd olunub ki, müəllim əməyi yalnız şagirdlərə bilik və bacarıqların aşılanması ilə məhdudlaşmır. Müəllimlər həm də gələcək nəslin dünyagörüşünün formalaşmasına, onların milli və mənəvi dəyərlərə bağlı, savadlı və məsuliyyətli vətəndaş kimi yetişməsinə mühüm töhfə verirlər.

ETİHİ Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova yubiley yaşlarını qeyd edən müəllimləri təbrik edərək onlara möhkəm cansağlığı, uzun ömür və pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb. Sertifikasiya imtahanlarında yüksək nəticə göstərən müəllimləri də təbrik edən Reyhan Ocaqova onların peşəkarlığını, bilik və bacarıqlarını daim təkmilləşdirmək istiqamətində göstərdikləri səyi yüksək qiymətləndirib.Tədbirdə müəllimlik peşəsinin böyük məsuliyyət və fədakarlıq tələb etdiyi, hər bir müəllimin öz fəaliyyəti ilə cəmiyyətin gələcəyinə mühüm töhfə verdiyi qeyd olunub.Sonda yubiley yaşlarını qeyd edən və sertifikasiya imtahanlarında yüksək nəticə göstərən müəllimlərə xoş arzular çatdırılıb, onlara xatirə hədiyyələri təqdim olunub.

211 nömrəli tam orta məktəbdə müəllimlərlə görüş keçirilib

News Image

211 nömrəli tam orta məktəbdə müəllimlərlə görüş keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova Akif Abdullayev adına 211 nömrəli tam orta məktəbdə olub.Görüşün əsas məqsədi məktəbin pedaqoji kollektivi arasında yubiley yaşlarını qeyd edən müəllimləri təbrik etmək, eləcə də 5 Oktyabr – Müəllimlər Günü ərəfəsində sertifikasiya imtahanlarında yüksək nəticə göstərən müəllimlərin əməyini qiymətləndirmək olub.

Görüş zamanı müəllimlərin təhsil sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinin, gənc nəslin təlim-tərbiyəsində göstərdikləri fədakarlığın xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Bildirilib ki, müəllim yalnız bilik öyrədən deyil, eyni zamanda şagirdlərin dünyagörüşünün formalaşmasına, onların vətəndaş kimi yetişməsinə və gələcəyə inamla addımlamasına mühüm töhfə verən şəxsdir.Reyhan Ocaqova yubiley yaşlarını qeyd edən müəllimləri təbrik edərək onlara möhkəm cansağlığı, uzun ömür və pedaqoji fəaliyyətlərində yeni uğurlar arzulayıb. Sertifikasiya imtahanlarında yüksək nəticə göstərən müəllimləri də təbrik edən Rayon Komitəsinin sədri onların peşəkarlığını və davamlı inkişaf istiqamətində göstərdikləri səyi yüksək qiymətləndirib.Görüşdə müəllim əməyinin cəmiyyət üçün əvəzsiz olduğu, onların fədakar fəaliyyətinin gələcək nəsillərin yetişdirilməsində mühüm rol oynadığı qeyd edilib.

Sonda yubiley yaşlarını qeyd edən və sertifikasiya imtahanlarında yüksək nəticə göstərən müəllimlərə xoş arzular çatdırılıb, xatirə hədiyyələri təqdim olunub.

Müəllim ömrünə ehtiram – 90 yaşlı Almas müəllimlə unudulmaz görüş

News Image

Müəllim ömrünə ehtiram – 90 yaşlı Almas müəllimlə unudulmaz görüş

1 Oktyabr – Beynəlxalq Ahıllar Günü həyatımızda xüsusi yeri olan insanlara – illərini ailəsinə, övladlarına, cəmiyyətə və gələcək nəsillərin yetişməsinə həsr edən ahıl nəslin nümayəndələrinə göstərilən hörmət və ehtiramın ifadəsidir.Ahıllıq yalnız yaş deyil. Bu, illər boyu qazanılmış həyat təcrübəsi, xatirələr, keçilmiş yollar və gələcək nəsillərə ötürülən böyük bir mənəvi sərvətdir. Bu gün bizə doğma olan dəyərlərin, ənənələrin və həyat dərslərinin formalaşmasında ahıl insanların əvəzsiz rolu var. Onların hər bir xatirəsində bir tarix, hər bir nəsihətində bir həyat dərsi, hər bir sözündə illərin müdrikliyi yaşayır.Bu əlamətdar gün ərəfəsində ETİHİ Nəsimi Rayon Komitəsi tərəfindən 5 Oktyabr – Müəllimlər Günü münasibətilə xüsusi və mənalı bir görüş təşkil olunub.Komitənin təşəbbüsü ilə 90 yaşlı, ömrünün uzun illərini müəllimlik peşəsinə həsr etmiş dəyərli müəllimimiz Hacıyeva Almas Qara qızı vaxtilə pedaqoji fəaliyyət göstərdiyi, illər ərzində neçə-neçə şagirdə bilik və həyat dərsi verdiyi, hazırda Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəbdə həmin məktəbin müəllimləri ilə bir araya gəlib.Bu görüş sadəcə bir ziyarət və təbrik deyil, müəllim ömrünün keçmişi ilə bu gününün görüşü idi. İllər əvvəl sinif otaqlarında şagirdlərinə dərs deyən Almas müəllim bu dəfə həmin məktəbdə müəllim həmkarları ilə bir sinifdə, doğma və tanış bir mühitdə görüşüb. Vaxtilə onun üçün adi görünən sinif otaqları bu gün xatirələrin, illərin və unudulmaz pedaqoji fəaliyyətin şahidinə çevrilib.Görüş Almas müəllim üçün tamamilə gözlənilməz olub və ona böyük sevinc yaşadıb. Doğma məktəbə yenidən qayıtmaq, illər əvvəl çalışdığı kollektivlə bir araya gəlmək, müəllim həmkarları tərəfindən xoş sözlər və səmimi münasibətlə qarşılanmaq onun üçün xüsusi məna kəsb edib.Görüş zamanı Almas müəllimin pedaqoji fəaliyyətindən, keçdiyi müəllimlik yolundan, məktəb illərindən və yaddaşında silinməyən xatirələrindən söhbət açılıb. Onun danışdığı hər bir xatirə məktəbin keçmişindən bir səhifəni yenidən canlandırıb. Bu səmimi söhbət zamanı bir daha aydın olub ki, əsl müəllim məktəbdən ayrılsa da, məktəb onun yaddaşından, o isə şagirdlərinin və həmkarlarının yaddaşından heç vaxt silinmir.ETİHİ Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova Almas müəllimi 90 illik yubileyi, Beynəlxalq Ahıllar Günü və qarşıdan gələn 5 Oktyabr – Müəllimlər Günü münasibətilə təbrik edib. Ona möhkəm cansağlığı, uzun ömür, könül rahatlığı, doğmalarının sevgisi və hər zaman hörmət və ehtiram içində yaşamağı arzulayıb.

Qeyd olunub ki, müəllimlik illərlə ölçülən bir peşə deyil, insanın ömrünə hopan böyük bir missiyadır. Müəllim öz ömründən illəri şagirdlərinə verir, əvəzində isə yetişdirdiyi insanların uğurlarında öz əməyinin izlərini görür. Bu baxımdan Almas müəllimin 90 illik ömür yolu həm də neçə-neçə şagirdin həyatına toxunan, onlara bilik, tərbiyə və mənəvi dəyərlər bəxş edən zəngin bir müəllim ömrüdür.Görüşün ən gözəl tərəfi isə illərin ayıra bilmədiyi mənəvi bağların bir daha özünü göstərməsi olub. Almas müəllimin simasında bir nəslin müəlliminə göstərilən ehtiram, müəllim əməyinə verilən yüksək dəyər və insanın illər sonra da unudulmamasının yaratdığı sevinc öz əksini tapıb.90 il ömür, uzun illər müəllimlik fəaliyyəti və saysız-hesabsız xatirələr. Bəzən bir insanın keçdiyi yolu sözlərlə ifadə etmək çətindir. Lakin onun yetişdirdiyi insanlar, qoyduğu iz və xatirələr həmin ömrün ən gözəl ifadəsidir.


Bu görüş də məhz belə bir ömrə – müəllim ömrünə, ahıl nəslin müdrikliyinə və insan əməyinə olan ehtiramın ifadəsi oldu.

ETİHİ Nəsimi Rayon Komitəsi müəllimləri təbrik edib

News Image

ETİHİ Nəsimi Rayon Komitəsi müəllimləri təbrik edib

ETİHİ Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova 5 Oktyabr – Müəllimlər Günü münasibətilə 35 nömrəli tam orta məktəbdə olub, məktəbin pedaqoji kollektivi ilə görüş keçirib.

Görüş zamanı müəllimlərin təhsil sahəsindəki fəaliyyəti, gənc nəslin təlim-tərbiyəsində oynadıqları mühüm rol və peşələrinə göstərdikləri sədaqət yüksək qiymətləndirilib. Reyhan Ocaqova müəllim əməyinin yalnız bilik verməklə məhdudlaşmadığını, hər bir müəllimin şagirdlərin dünyagörüşünün formalaşmasına, onların gələcəyə hazırlanmasına və cəmiyyətə layiqli şəxsiyyət kimi yetişməsinə mühüm töhfə verdiyini vurğulayıb.Tədbirdə məktəbin müəllimləri arasında sertifikasiya imtahanlarında yüksək nəticə göstərən Bağırova Gültəkin Şahmar qızı və Mehdiyev Nüşabə Zöhrab qızı xüsusi olaraq təbrik ediliblər. Onların əldə etdikləri nəticə peşəkarlığa, davamlı inkişafa və müəllimlik fəaliyyətinə məsuliyyətli yanaşmanın göstəricisi kimi qeyd olunub.Eyni zamanda, məktəbin yubiley yaşlarını qeyd edən müəllimləri də təbrik edilib. Reyhan Ocaqova yubilyarlara möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd olunub ki, müəllimin keçdiyi ömür yolu yalnız illərlə deyil, yetişdirdiyi şagirdlərin uğurları, onlara qazandırdığı bilik və dəyərlərlə ölçülür. Hər bir müəllimin illər ərzində formalaşdırdığı şagird nəsli onun əməyinin ən böyük və əbədi göstəricisidir.Sonda məktəbin bütün pedaqoji kollektivinə 5 Oktyabr – Müəllimlər Günü münasibətilə xoş arzular çatdırılıb, onlara möhkəm cansağlığı, yaradıcılıq enerjisi, peşə fəaliyyətlərində yeni nailiyyətlər və yetirmələrinin uğurlarından daim qürur hissi keçirmələri arzulayıb.

ETİHİ Nəsimi Rayon Komitəsinin sədri 45 nömrəli körpələr evi-uşaq bağçasının kollektivini təbrik edib

News Image

ETİHİ Nəsimi Rayon Komitəsinin sədri 45 nömrəli körpələr evi-uşaq bağçasının kollektivini təbrik edib

ETİHİ Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova 45 nömrəli körpələr evi-uşaq bağçasında olub.Görüş zamanı bağçanın müdiri Yaqubova Afət Səfər qızı və İsmayılova Pərvanə İsrafil qızının 60 illik yubileyləri, eləcə də 5 Oktyabr – Müəllimlər Günü münasibətilə tədbir keçirilib.Reyhan Ocaqova ilk olaraq yubilyarları 60 illik yubileyləri münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və fəaliyyətlərində uğurlar arzulayıb. O, uzun illər ərzində təhsil və tərbiyə sahəsinə həsr olunan əməyin xüsusi dəyər daşıdığını qeyd edib.Komitə sədri bağçanın kollektivini 5 Oktyabr – Müəllimlər Günü münasibətilə də təbrik edərək bildirib ki, müəllim ömrü yalnız bir peşə deyil, gələcək nəsillərin formalaşmasına həsr olunan böyük və məsuliyyətli bir həyat yoludur. Uşaqların ilk bilik və bacarıqlarının formalaşmasında, onların dünyagörüşünün və şəxsiyyətinin inkişafında məktəbəqədər təhsil işçilərinin əməyi xüsusi əhəmiyyət daşıyır.Təbrik zamanı kollektivin uzun illər ərzində uşaqların təlim-tərbiyəsi istiqamətində göstərdiyi fədakarlıq və peşəkarlıq yüksək qiymətləndirilib, hər bir kollektiv üzvünə sağlamlıq, xoşbəxtlik və fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb.Səmimi söhbət və xoş arzularla davam edən görüş xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbdə müəllimlərlə görüş keçirilib

News Image

Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbdə müəllimlərlə görüş keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbdə olub.


Görüşün əsas məqsədi məktəbin pedaqoji kollektivi arasında yubiley yaşlarını qeyd edən müəllimləri təbrik etmək, eləcə də 5 Oktyabr – Müəllimlər Günü ərəfəsində sertifikasiya imtahanlarında yüksək nəticə göstərən müəllimlərin əməyini qiymətləndirmək olub.


Görüş zamanı müəllimlərin təhsil sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinin, gənc nəslin təlim-tərbiyəsində göstərdikləri fədakarlığın xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Bildirilib ki, müəllim yalnız bilik öyrədən deyil, eyni zamanda şagirdlərin dünyagörüşünün formalaşmasına, onların vətəndaş kimi yetişməsinə və gələcəyə inamla addımlamasına mühüm töhfə verən şəxsdir.


Reyhan Ocaqova yubiley yaşlarını qeyd edən müəllimləri təbrik edərək onlara möhkəm cansağlığı, uzun ömür və pedaqoji fəaliyyətlərində yeni uğurlar arzulayıb. Sertifikasiya imtahanlarında yüksək nəticə göstərən müəllimləri də təbrik edən Rayon Komitəsinin sədri onların peşəkarlığını və davamlı inkişaf istiqamətində göstərdikləri səyi yüksək qiymətləndirib.


Görüşdə müəllim əməyinin cəmiyyət üçün əvəzsiz olduğu, onların fədakar fəaliyyətinin gələcək nəsillərin yetişdirilməsində mühüm rol oynadığı qeyd edilib.


Sonda yubiley yaşlarını qeyd edən və sertifikasiya imtahanlarında yüksək nəticə göstərən müəllimlərə xoş arzular çatdırılıb, xatirə hədiyyələri təqdim olunub.

ETİHİ Nəsimi Rayon Komitəsinin üzv təşkilatlarında Anım Günü ilə bağlı tədbirlər keçirilib

News Image

ETİHİ Nəsimi Rayon Komitəsinin üzv təşkilatlarında Anım Günü ilə bağlı tədbirlər keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin üzv təşkilatlarında silsilə tədbirlər keçirilib.Tədbirlərdə Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub. Şəhidlərin qəhrəmanlığından, Vətən qarşısında göstərdikləri fədakarlıqdan bəhs edilib, onların əziz xatirəsinin daim qəlblərdə yaşayacağı vurğulanıb.Keçirilən tədbirlərdə şəhidlərin ruhuna dualar oxunub, onların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Eyni zamanda, Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyəti qeyd olunaraq, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyi diqqətə çatdırılıb.

27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib

News Image

27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib

27 Sentyabr – Anım Günü münasibətilə Nəsimi rayonunda tədbir keçirilib. Tədbirdə şəhid ailələri, qazilər, millət vəkilləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, onların göstərdiyi qəhrəmanlıq və Vətən qarşısında xidmətlərindən bəhs olunub.Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova da iştirak edib.

Quba və Qusara yaddaqalan səfər

News Image

Quba və Qusara yaddaqalan səfər

ETİHİ Nəsimi Rayon Komitəsinin üzv təşkilatı olan “Qərənfil” uşaq bağçasının kollektivi Rayon Komitəsinin dəstəyi ilə asudə vaxtlarının səmərəli və xoş keçirilməsi məqsədilə Quba və Qusar rayonlarına səfər ediblər.Səfər çərçivəsində kollektiv üzvləri bölgənin təbiəti və görməli məkanları ilə tanış olub, asudə vaxtlarını birlikdə keçirərək xoş təəssüratlar əldə ediblər.